FİFA 2030 və 2034-cü illərdə dünya çempionatlarının keçiriləcəyi ölkələri rəsmən təsdiqləyib.
Presssport.az xəbər verir ki, bu barədə qərar dünya ali futbol qurumunun Növbədənkənar Konqresində qəbul edilib.
Əvvəlcədən məlum olduğu kimi, 2030-cu ildəki mundialın İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçirilməsi rəsmiləşib. Bu yerdə bildirək ki, 2030-cu ildə mundiallar tarixinin 100 illlik yubileyi qeyd olunacaq. Bu səbəbdən ilk dəfə olaraq yarışa 6 ölkə ev sahibliyi edəcək.
2034-cü il dünya çempionatının isə Səudiyyə Ərəbistanında baş tutacağı dəqiqləşib. Asiya ölkəsində yay aylarındakı istini nəzərə alaraq, turnirin qışda təşkil olunması barədə qərar qəbul edilib.
Xatırladaq ki, 2026-cı ildə dünya çempionatı ABŞ, Kanada və Meksikada reallaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC