Bu gün I Liqada IX tura yekun vurulub.
Presssport.az xəbər verir ki, ilk dövrənin son turunun 2-ci oyun günündə 3 matç keçirilib.
“Qəbələ” ev matçında hələ ilk hissədə 2 dəqiqəyə 2 qol vuraraq qazandığı inamlı qələbəylə liderliyini möhkəmləndirib. “Qırmızı-qaralıar”ın ən yaxın izləyiciləri “Karvan”la “İmişli”nin səfər görüşlərində xal itirmələri işinə yarayıb.
Beləliklə, “Qəbələ” mövsümdə 7-ci qələbəsini qazanıb və ilk dövrədə qol buraxmayan tək komanda kimi 23 xalla 1-ci pillədə qərarlaşıb. İndi Kaxaber Sxadadzenin komandası 2-ci yerdə gedən Yevlax təmsilçisini 4, İmişlinin eyniadlı klubunu 6 xal qabaqlayır.
Onu da bildirək ki, X tura dekabrın 18-də start veriləcək.
13 dekabr (cümə)
“Zaqatala” - “Karvan” - 2:2
Qollar: S.Abdullayev, 50, R.İsmayılov, 90+4 - pen. - P.Kings, 75, 88
“Mingəçevir” - “İmişli” - 0:0
“Qəbələ” - “Cəbrayıl” - 2:0
Qollar: S.Ələsgərov, 21, O.Oçoveçi, 23
Qırmızı vərəqə: Z.Abdurahmanov, 75 ("Cəbrayıl")
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC