Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Presssport.az xəbər verir ki, 109 kq çəki dərəcəsində “körpücük” üzərinə çıxan atlet 183 kq-ı ram edib və bu hərəkətdə 4-cü olub.
O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur əldə edib. 221 kq-ı başı üzərinə qaldıran Dadaşbəyli bu hərəkətdə mundialın gümüş medalına sahib çıxıb.
Təmsilçimiz toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada 2-ci yeri turub.
Xatırladaq ki, Dadaşbəyli ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC