"Qarabağ"ın sabiq legioneri Kadi Borges Malinovski dünən Qazaxıstanın Aktau şəhəri yaxınlığında yaşanan dəhşətli təyyarə qəzası ilə bağlı Azərbaycan xalqına dəstək nümayiş etdirib.
Presssport.az xəbər verir ki, braziliyalı futbolçu sosial şəbəkə hesablarında faciə ilə əlaqədar post paylaşaraq kədərimizi bölüşüb.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysi ilə uçuş həyata keçirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. "Hava gəmi"sinin göyərtəsində 5-i ekipaj üzvü, ümumilikdə 67 nəfər olub.
Sağ qalan 32 nəfər yaralı xəstəxanaya yerləşdirilib. Heyətdən 37 nəfər Azərbaycan vətəndaşıdı, onlardan 23-ü həlak olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC