Viniius yenə ilin ən yaxşısı oldu - bu dəfə "Globe Soccer" mükafatını qazandı

Braziliya millisinin və "Real"ın futbolçusu Vinisius Junior "Globe Soccer" mükafatını qazanıb. 

Presssport.az xəbər verir ki, 24 yaşlı vinger 2024-cü ilin ən yaxşı futbolçusu və hücumçusu seçilib. 

Vinisius  səsvermədə Cud Bellingem, Kilian Mbappe (hər ikisi "Real"), Robert Levandovski, Lamin Yamal (hər ikisi "Barselona"), Viktor Gyökereş ("Sportinq"), Antuan Qrizmann ("Atletiko"), Harri Keyn ("Bavariya"), Ademola Lukman ("Atalanta"), Lautaro Martines ("İnter"), Lionel Messi ("İnter Mayami"), Koul Palmer ("Çelsi"), Məhəmməd Salah ("Liverpul"), Erlinq Haaland, Rodri (hər ikisi "Mançester Siti"), Toni Kroos (yaya qədər "Real"da çıxış etdi, daha sonra karyerasını bitirdi) və Kriştiano Ronaldonu ("Əl-Nəsr") qabaqlayaraq mükafata layiq görülüb. 

Xatırladaq ki, Junior FİFA tərəfindən bu ilin ən yaxşı futbolçusu seçilib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC