Beynəlxalq Şahmat Federasiyası norveçli dünya çempionu Maqnus Karlseni cəzalandırıb.
Presssport.az xəbər verir ki, buna səbəb onun Nyu-Yorkda keçirilən rapid şahmat və blits üzrə dünya çempionatında geyim qaydalarını pozması olub.
Belə ki, Karlsen turnirə cins şalvarla qatılıb. Baş hakim qrosmeysterə qayda pozuntusu haqda məlumat verərək 200 dollar cərimə təyin edib və ondan paltarını dəyişməsini istəyib. Karlsen isə bundan imtina edib. Nəticədə Maqnus dünya çempionatından kənarlaşdırılıb.
Karlsen FİDE-nin bu qərarını belə.şərh edib: "FİDE-dən çox yorulmuşam. Yetər. Artıq onlarla işimin olmağını istəmirəm. Tamaşaçılardan üzr istəyirəm. Bu, axmaq prinsip kimi görünə bilər, amma bunun gülməli olduğunu düşünmürəm”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC