"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Rumıniya Super Liqasında çalışacaq.
Presssport.az xəbər verir ki, 45 yaşlı rumıniyalı mütəxəssis "Petrolul"un baş məşqçisi təyin olunacaq.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilir ki, Ploieşti təmsilçisi türkiyəli məşqçi Mehmet Topalın istefa verməsindən sonra Mutu ilə danışıqlara başlayıb. Klub prezidenti Klaudiu Tudor açıqlamasında tərəflər arasında razılıq əldə olunduğunu açıqlayıb. Onun sözlərin görə, Topalla müqavilə ləğv olunduqdan sonra Mutu ilə rəsmi müqavilə imzalanacaq.
Xatırladaq ki, Mutu 2023/24 mövsümünün ilk yarısında "Neftçi"ni çalışdırıb. Rumıniyalı məşqçinin son iş yer öz ölkəsində ÇFR olub. Mutu bu ilin aprelində istefaya göndərilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC