Üzgüçülük üzrə “Parlaq Ulduz” Uşaq Liqasının 3-cü final mərhələsi keçirilib.
Bu barədə Presssport.az-a Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) mətbuat xidmətindən məlumat verilib.
AÜF-üb, Bakı şəhəri Gənclər və İdman İdarəsinin və Bakı Su İdman Sarayının təşkilatçılığı ilə gerçəkləşən yarışda ölkənin 30-a yaxın idman klubunun və bölmələrinin 200-ə yaxın idmançısı mübarizə aparıb.
Tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin, Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarədə həlak olan həmvətənlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Hakimlərin keçidindən sonra idmançıların paradı olub. Tədbirin açılışında çıxış edən AÜF-ün vitse-prezidenti Tamerlan Abdullazadə idmançıları salamlayaraq onlara final mərhəsində uğurlar arzulayıb. O vurğulayıb ki, bu kimi yarışlar ölkəmizdə qabiliyyətli və bacarıqlı idmançıların aşkar edilməsi, onların gələcəkdə milli komandanın tərkibində Azərbaycanı beynəlxalq turnirlərdə və yarışlada layiqincə təmsil etmək imkanı yaradır.
Bakı Su İdman Sarayının direktoru Tələt Məmmədov ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb.
Sonra yarışlara start verilib. Turnirdə 1-ci yaş qrupunda 2012-2013-cü təvəllüdlü oğlanlar, 2-ci yaş qrupunda 2015-ci il təvəllüdlü oğlanlar, 1-ci yaş qrupunda 2013-2014-cü il təvəllüdlü qızlar, 2-ci yaş qrupunda 2015-ci il təvəllüdlü qızlar öz güclərini sınayıb. Yarışlara digər yaş qrupundan da idmançılar qatılıb. Bakı Su İdman Sarayında bir gün davam edən “Parlaq Ulduz” Uşaq Liqasının final mərhəsinin qalibləri diplom və medallarla təltif olunacaq.
Məlumat üçün bildirək ki, bundan öncə "Parlaq Ulduz"un 2 seçmə mərhələsi keçirilib. Ən yüksək xallar toplayan üzgüçülər Bakı şəhər yığmasının tərkibinə daxil ediləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC