Azərbaycanda 2024-cü ilin ən yaxşı futbolçusu seçilib

Azərbaycanda 2024-cü ilin ən yaxşı futbolçusu seçilib.

Presssport.az xəbər verir ki, “Qarabağ”ın sol cinah müdafiəçisi Toral Bayramov Azərbaycanda 2024-cü ilin ən yaxşı futbolçusu seçilib. 

Milli komandamızın 23 yaşlı üzvü “Futbol+” qəzetinin keçirdiyi ənənəvi sorğunun nəticəsində bəlli olub. Sorğuda klub məşqçiləri, kapitanlar, mətbuat katibləri, jurnalistlər, ölkənin futbol rəhbərliyi, mütəxəssislər, agentlər da daxil olmaqla 180 nəfər iştirak edib.

Toral 326 xalla qalib olub. O, klubda və millidə komanda yoldaşı olan Elvin Cəfərquliyevi 45 xal qabaqlayıb. Üçüncü yeri isə millimizin və “Nürnberq”in hücumçusu Mahir Emreli tutub.

Xatırladaq ki, Bayramov il ərzində müxtəlif turnirlər çərçivəsində, eləcə də milli formada keçirdiyi 62 oyunda (3910 dəqiqə) 20 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC