"Qarabağ" yoxlama matçında "Kəpəz"i 5:1 hesabı ilə məğlub edib.
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra Presssport.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb:
- Mövsümün ikinci yarısına hazırlıq necə gedir?
- Çox az vaxtdır ki, yığışmışıq. İstədik ki, futbolçular özlərini rəsmi oyundakı kimi hiss etsin. Hər oyunçuya 45 dəqiqə meydanda olmağa şərait yaratdıq. Onlara tapşırmışdıq ki, tələsməsinlər, ehtiyatlı olsunlar. Ayın 17-si çempionat başlayır, hazrılıq üçün vaxtımız azdı. Yüksək dinamikada oyunlar keçirmək o qədər də asan deyil. Bugünkü oyun futbolçular üçün faydalı oldu. Təklifimizi qəbul etdikləri üçün “Kəpəz” rəhbərliyinə və baş məşqçisi Azər Bağırova təşəkkür edirəm. Ayın 12-si "Zirə" ilə keçirəcəyimiz oyun daha aktiv ola bilər. Çalışacağıq ki, qarşıdakı rəsmi matçlara qədər komandanı normal səviyyəyə gətirib çıxaraq.
- Bu gün gənc oyunçulara şans verdiniz. Onlarla bağlı fikriniz necədi?
- Bir neçə futbolçu bizimlə məşqlərdə daha çox iştirak edir. Amma hələ daha çox çalışmalı, əsas komandanın oyunçuları ilə məşqlərdə iştirak etməlidirlər. Ümumən istəkli, çalışqandırlar. Məncə, daha diqqətli olmalıdırlar.
- "Qarabağ"ın "Hermanştadt"da çıxış edən Yanis Stoyka ilə maraqlandığı barədə xəbərlər var. Bu barədə nə deyə bilərsiniz?
- Bizdə belə məlumat yoxdur.
- Qışda transfer gözlənilir?
- Düzünü desəm, çox istəyirik. Demək olar ki, işimizin çox hissəsini transferlərə ayırmışıq. Amma son günlərin danışıqlarına görə alınması tam real görünmür. Yenə də vaxtımız var. Nəsə etməyə çalışacağıq.
- Qarşıdakı FKSB və "Olompiakos"la oyunlar Juninyonun transferinə təsir edəcək? Yoxsa yaxşı təklif varsa, onu buraxacaqsınızz?
- Təklif zətən var. Burda bəzən futbolçuları da, təklif göndərən klubu da nəzərə almaq lazımdır. Həm "Sevilya"ya, həm "Flamenqo"ya "Qarabağ"dan transfer olunmaq bizim klubun böyüməsi, kluba daha çox diqqətin ayrılması deməkdi. Təsəvvür edin ki, son bir həftədə İspaniya, Braziliya mətbuatında "Qarabağ" haqda nə qədər xəbərlər yazıldı... Braziliyalı futbolçularımızdan Riçard Almeyda ilə bu haqda danışırdıq. Digər futbolçularımızı təhlil etməyə, onlarla maraqlanmağa başlayıblar. Böyük müzakirələr gedir. Ola bilər ki, oyunçumuzu itirəcəyik. Amma ümumən klub bu transferlə böyük bir uğur əldə edəcək. Ola bilər ki, gələcəkdə futbolçular "Qarabağ"a daha rahat gəlsin. Çünki burdan digər klublara yaxşı transferlər olur. Həm futbol, həm siyasi tərəfdən böyük bir addımdı.
- Redon Cica Avropa Liqası oyunları üçün sifariş olunmayıb, Juninyonun da gedişi gündəmdədir. Qarşıdakı iki avrokubok matçında hücum xəttini necə quracaqsınız?
- Variantlarımız var, bir addım atmalıyıq. Dəfələrlə belə hallar olub və çıxış yolu tapmışıq. O mövqedə oynamağı bacaran futbolçular var.
- Sizcə, Juninyonun "Sevilya"ya, yoxsa "Flamenqo"ya keçməsi daha yaxşı olar?
- Əlbəttə ki, futbolçunun istəyi çox önəmlidi. Bəlkə bizim üçün "Sevilya"ya getməsi daha maraqlı olardı. Çünki Avropadı, bizə daha yaxındı, köklü klubdu. "Flamenqo"ya gəlincə, Ronaldinyo kimi futbolçu ordan çıxıbsa, deməli, bu klubunda çox yaxşı iş prinsipləri var. Əsas oyunçunun ürəyincə olsun.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC