“Qalatasaray”da 2 ayrılıq gerçəkləşib.
Presssport.az xəbər verir ki, müdafiəçi Viktor Nelssonla hücumçu Mişi Batşuayi İstanbul təmsilçisini tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qalatasaray" Batşuayini 3 milyon avroya "Ayntraxt"a satıb. Nelsson isə "Roma"ya icarəyə verilib. İtaliya klubu 10 milyon avro ödəməklə danimarkalı mərkəz müdafiəçisinin transfer hüququna yiələnə bilr.
Onu da bildirək ki, "Qalatasaray" Nelssonu 2021-ci ilin yayında "Kopenhagen"dən transfer edib. 26 yaşlı futbolçu bu mövsüm "sarı-qırmızılar"In heyətində 18 rəsmi matçda iştirak edib. Batşuayi isə bu mövsümün əvvəlindən "Cim-Bom"da çıxış edirdi. 31 yaşlı forvard komandanın heyətində keçirdiyi 30 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC