Azərbaycan Premyer Liqasının 22-ci turunun “Zirə” – “Sumqayıt” matçı 2 penaltinin qolla nəticələnməməsi ilə əlamətdar olub.
Presssport.az xəbər verir ki, meydan sahiblərindən Qismət Alıyev, qonaqlardan Rövlan Muradov 11 metrlik cərimə zərbəsindən yararlanmayıb.
Bir matçda ən azı 2 penaltinin dəqiq olmaması sonuncu dəfə 2015/16 mövsümündə yaşanıb. 8 il əvvəl “İnter”lə “Sumqayıt”ın görüşündə (2:2) üç belə zərbə uğursuz alınıb.
2016-cı il mayın 1-dəki matçda Nika Kvekveskiri qonaqları, Ağabala Ramazanovla Vaqif Cavadov meydan sahiblərini məyus edə bilməyib.
Xatırladaq ki, “Zirə” – “Sumqayıt” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC