Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşçiləri Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçir.
Presssport.az xəbər verir ki, idmançılar məşqçilərin nəzarəti altında həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirir.
Sərbəst güləş üzrə yığmanın bir qrupu yanvarın 19-da Dağıstana yollanacaq. Komandanın əsas heyəti fevralın 1-dək Mahaçqalada təlim-məşq toplanışı keçəcək.
Yunan-Roma və qadın güləşi üzrə millilər isə fevralın 5-dən 9-dək Xorvatiyada gerçəkləşəcək ilin ilk reytinq turnirinə qədər məşqləri doğma məkanda davam etdirəcək. Hər iki komanda “Zaqreb Open”dən sonra qarşıdakı mühüm yarışlara ölkə xaricində hazırlaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC