Millimizin baş məşqçisi Fernando Santuş Portuqaliya Futbol Federasiyasının 110 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edib.
Presssport.az xəbər verir ki, 71 yaşlı portuqaliyalı mütəxəssis çıxışında yığmasının keçmiş və gələcək uğurlarından bəhs edib: “Keçmiş uğurlar heç vaxt keçmişdə qalmayacaq. Onlar həmişə Portuqaliya futbolunun bir parçası olacaq. İndi daha çox titul qazanması üçün komandamıza mümkün olan hər şəkildə dəstək olmalıyıq".
Tədbirdə Portuqaliya millisinin hazırkı baş məşqçisi olan ispaniyaalı Roberto Martinez və bu yığmada vaxtı ilə işləmiş digər mütəxəssis - braziliyalı Luis Felipe Skolari də iştirak edib.
Xatırladaq ki, Portuqaliya millisi Santuşun rəhbərliyi altında AVRO-2016 və 2018/19 Millətlər Liqasını qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC