Azərbaycanın böyüklərdən ibarət taekvondo millisi Bakıda ilin ilk təlim-məşq toplanışına başlayıb.
Presssport.az xəbər verir ki, bu barədə Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönəlib.
12 günlük fiziki hazırlıq prosesinin yekununda yığmanın beynəlxalq səviyyəli yarışlarda iştirak edəcək heyəti müəyyənləşəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC