Adnan Əhmədzadə bölgə klubunu himayəsinə götürür - sabah Bakıda müqavilə imzalanır

I Liqa təmsilçisi "Mingəçevir" yeni sponsor tapılıb. Bu, ASTA-dı (Azerbaijan Sport Talents Academy).

Presssport.az-a verilən məlumata görə, sabah Bakıda tərfədaşlıq müqaviləsi imzalanacaq.

Sabahkı tədbirin təşkilatçıları sırasında Futbolun İnkişafı Fondu da var.

Uşaq futbolunun inkişafına dəstək məqsədilə yaradılan ASTA tanınmış azərbaycanlı iş adamı Adnan Əhmədzadəyə bağlı qurumdu. 47 yaşlı bu şəxs “Mingəçevir”ə sponsor olmaq istəyərək bu məqsədlə AFFA-ya müraciət etmişdi.

ASTA-nın maliyyə dəstəyi ilə Azərbaycanın 15 yeniyetmə futbolçusu Barselonaya yollanaraq 4 il ərzində “Marcet” akademiyasında təlim keçir.

Onu da bildirək ki, Əhmədzadə futbol ulduzu Lionel Messi ilə yaxınlığı ilə tanınır. Ötən ay Argentina millisinin kapitanı məhz onun təşkilatçılığı ilə Bakıya səfər etmişdi. Əhmədzadə digər ulduz - braziliyalı Ronaldinyonun da bu yaxında ölkəmizə səfərini reallaşdırıb.

Uzun illər SOCAR-ın müxtəlif departamentlərində mühüm vəzifələr tutan, investisiyalar və marketinq üzrə vitse-prezidenti müavini vəzifəsinədək yüksələn Əhmədzadə hazırda xaricdə biznes fəaliyyəti ilə məşğuldu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC