"Neftçi" yaponiyalı futbolçu Ryonosuke Ohorini transfer edib.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində "18 nömrə"li formanı geyinəcək. 24 yaşlı futbolçu ilə "5 ay + 2 il" şərti ilə müqavilə bağlanıb.
Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. Ryonosuke karyerası ərzində 60 rəsmi matça çıxaraq 24 qol vurub və 4 məhsuldar ötürmə edib. Orta xətt oyunçusu sürəti və driblinqi ilə seçilir.
Xatırladaq ki, daha öncə "Neftçi" legionerləri Mark Tamaş və Kilan Lebonla yollarını ayırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC