Rəşad Sadıqov: "Paxtmanla problem yaşayırıq, onunla birəbir söhbətim olacaq ki, görüm, fikri, planı, niyyəti nədi…"

“Zirə”ylə “Şamaxı” arasında baş tutan yoldaşlıq görüşünü izləyənlər arasında sürpriz qonaq var idi.

Müqavilə ilə “qartallar”a məxsus olan, lakin Azərbaycana gəldiyi gündən ardıcıl zədələrlə üzləşən Filip Paxtman Zirəyə təşrif buyurmuşdu.

Halbuki, sözügedən futbolçunun adı Premyer Liqa oyunları üçün sifariş olunmayıb.

24 yaşlı braziliyalı forvardın burada görünməsi təəccüb doğurduğundan, “Zirə”nin baş məşqçi Rəşad Sadıqov Presssport.az-a açıqlamasında müəmmaya aydınlıq gətirib:

“Açığı, Paxtmanla problem yaşayırıq. Ötən ilin qışında əməliyyat olunmalıydı, lakin bunu istəmədi. Braziliyada əməliyyatsız müalicə yolunu seçdi və geridə qalan müddətdə bunun hər hansı effektini görməmişik. Məşqlərə də başlamır. Yaxın günlərdə şəxsən onunla  danışacam ki, görüm, fikri, planı, niyyəti nədi…"

“Zirə”nin bu mövsümə sifariş etməsə də, müqaviləylə ona məxsusdu. Sadıqov zədəli olsa da, uzun müddətdi dəstək göstərdiyi Paxtmanı yenə sərəncamında görmək istəyir?: "Çarpaz bağları qopmuş vəziyyətdə müalicəsindən ötrü 1 il heç nə etməyibsə, o futbolçunu komandada görmək istəmərəm. Ancaq hamı bilir ki, Paxtmanı necə çox istəyirəm, necə dəstək olmuşam. MRT müayinəsinin cavabı bugünlərdə çıxacaq. Bundan sonra onunla birəbir söhbətim olacaq və bunun yekunda qərar verəcəyik".

Xatırladaq ki, Felipe 2021-ci ildən çıxış etdiyi  “Zirə”də 2 dəfə xaçvari bağların qopmasından əməliyyat olunaraq çox az oynayıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC