Mustafa "Neftçi"də xoşbəxtdi: “Tottidən çox şey öyrənmişəm”

“Neftçi”yə keçəndə çox təəccübləndim. Sözün açığı, bura haqqında elə də çox məlumatım yox idi. Gələndə insanlar məni çox yaxşı qarşıladı, mənə isti yanaşdı".

Presssport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin seneqallı sol cinah müdafiəçisi Mustafa Sek klubun televiziyasına müsahibəsində deyib.  

Seneqallı futbolçu Azərbaycana gəlişinin necə alındığı barədə danışaraq, yeni bir ölkə ilə tanış olduğunu vurğulayıb: "Səmimi deyim ki, burda həqiqətən də çox xoşbəxtəm. Bakını çox bəyəndim. Adaptasiya prosesi çox yaxşı keçdi. Şəhər və insanlar çox xoşuma gəlir. Bakı müasir şəhərdi, sözün yaxşı mənasında çox təəccübləndim. Ona görə də çox yaxşı adaptasiya olmuşam. Azərbaycanın milli mətbəxini çox bəyənirəm. Ailəmlə rahat şəkildə çıxıb şəhərdə gəzə bilirəm. Bakı təhlükəsiz şəhərdi. Bu da mənim çox xoşuma gəlir. Bəyənmədiyim şeylərdən biri tıxacdı”. 

Sek “Zirə”də oynayan Tiaqo Silvanı tanıdığını, onunla danışıb, “Neftçi” haqqında soruşduğunu söyləyib: "O isə mənə cavab vermişdi ki, “Neftçi” Azərbaycanın ən güclü, ən böyük klublarından biridi. Eyni zamanda “Neftçi”nin idman üzrə müşaviri Kamil Məmmədovla danışdım. O, klub haqda mənə çox yaxşı məlumatlar verdi. Bu layihə çox xoşuma gəldi. Ona görə də hal-hazırda “Neftçi”dəyəm. Komanda bütün futbolçularla yaxşı münasibətim var. Çalışıram hər biri ilə ünsiyyət qurum. Bununla belə, hər klubda elə bir futbolçu olur ki, onunla daha çox vaxt keçirirsən, daha sıx ünsiyyət qurursan. Bu mənada Dembo Darbonu qeyd edərdim”. 

Mustafa vaxtı ilə çıxış etdiyi “Barselona” və “Roma”dakı günlərindən də söz açaraq çox yaxşı xatirələrinin olduğunu gizlətməyib: “Barselona” kimi böyük klubda futbol oynamağa başlamışam. Səmimi desəm, idman bəxti üzümə gülüb ki, bu cür klublarla yolum kəsişib. İndiyədək əldə etdiklərimlə qürur duyuram. İtaliyanın ən böyük klublarından biri olan “Roma”dakı günlərimi çox yaxşı xatırlayıram. Totti kimi əfsanəvi futbolçu ilə eyni komandada olaraq ondan çox şey öyrənmişəm - istər meydanda, istərsə də meydandan kənarda. Eyni zamanda, Luçano Spalettini də çox yaxşı xatırlayıram. Məşqçi kimi mənə çox köməyi dəyib, çox tövsiyələr verib. Ona görə hər ikisinə də minnətdaram. Həyat sürprizlərlə doludu. Allahın izni ilə bunədək birlikdə çıxış etdiyim ulduz futbolçulardan hansısa gəlib Azərbaycanda, “Neftçi”də oynayar. Təsəvvürümdə belə yox idi ki, nə vaxtsa Azərbaycanda oynayacam. Amma Azərbaycan da, futbolu da çox xoşuma gəlir". 

Sekin sözlərinə görə, Azərbaycan futbolunun səviyyəsi onu yaxşı mənada təəccübləndirib: “Sözün düzü, hansı ölkədə olmasından asılı olmayaraq, futbol demək olar ki, hər yerdə eynidi. Təbii ki, fərqlər də var. Amma Azərbaycan futbolunun səviyyəsi məni yaxşı mənada təəccübləndirdi. Çünki çempionat ildən ilə inkişaf edir. 

Afrikalı futbolçu mövsümün 2-ci yarısında vəziyyəti dəyişəcəklərinə inanır: “Baş məşqçimizin öz futbol fəlsəfəsi var. Biz də çalışırıq ki, onun istəklərini yerinə yetirək, əlimizdən gələnin ən yaxşısını edək, oyunlarda özümüzü yaxşı tərəfdən göstərək. Düşünürəm ki, bundan sonra vəziyyətimiz yaxşılığa doğru gedəcək. Çempionata yaxşı başlamadıq. Lakin hər zaman pozitiv düşünmək lazımdı. Vəziyyəti düzəltmək üçün həmişə imkan var. Ümid edirəm ki, qış fasiləsindən sonra daha yaxşı oynayaraq yaxşı nəticələr qazanacağıq ki, “Neftçi” yuxarı pillələrdə qərarlaşsın”. 

Sonda Sek azarkeşlərə təşəkkür edib: “Çünki yaxşı vəziyyətdə olmamağımıza baxmayaraq, hər zaman bizi dəstəkəyirlər. Onlar gücümüzdü”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC