"Çox istərdim ki, "Kocaelispor" həm Şeydayevlə, həm də Şeydayevsiz Super Liqaya çıxsın"

"Kocaelispor" məndən Şeydayevlə bağlı hər hansı məsləhət almayıb. Belə açıqlamalar transfer rəsmiləşəndən sonra verilsə, yaxşı olar. Şeydayevlə aramızda söhbət olub. Mən maraqlanmışam. Ramil3-4 gün əvvəl bildirdi ki, hələ keçidi rəsmiləşməyib". Bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Presssport.az-ın əməkdaşının iştirak etdiyi brifinqdə deyib. Məlumdu ki, Sadıqov Türkiyədə çıxış etdiyi 3 klubdan biri "Kocaelispor" olub. Həmin "Kocaelispor" ki, millimizin hücumçusu Ramil Şeydayevin ora keçidi gündəmdədi. Şeydayevlə "Qarabağ"da və millimizdə bir yerdə çıxış etmiş, U-21-də baş məşqçisi olmuş Sadıqov "Kocaelispor"un Türkiyənin 10 böyük camiəsindən biri olduğunu bəyan edib: "Möhtəşəm azarkeşləri var, möhtəşəm şəhərdi. O komanda Super Liqada çıxış etməyə layiqdi. Asan olmayacaq. Son turda da məğlub oldular. Görünən odur ki, pley-offda mübarizə aparacaqlar. Çox istərdim ki, "Kocaelispor" həm Ramillə, həm də Ramilsiz Super Liqaya çıxsın. Bu komandaya xüsusi məhəbbətim var". Xatırladaq ki, 28 yaşlı Şeydayev bu yaydan çıxış etdiyi Tailandın "Buriram Yunayted"lə müqaviləsinin pozulmasıyla bağlı danışıqlar aparır. MEHMAN SÜLEYMANOV

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC