"Qarşıdakı 3 oyun bizim üçün final seriyasıdı" - millimizin baş məşqçisi

Bu gün futzal millimiz Yunanıstan yığmasıyla oyunöncəsi son məşqini keçirib.

Presssport.az xəbər verir ki, hazırlıq prosesi başa çatdıqdan sonra baş məşqçi Vitali Borisov federasiyanın mətbuat xidmətinə komandanın durumu ilə bağlı açıqlama verib: “Xorvatiya səfərindən sonra uşaqlarda yorğunluq olduğuna görə, bir qədər istirahət verdik. Bakıya döndükdən sonra iki məşqimiz oldu. Komanda olaraq məğlubiyyəti unutmalı, Yunanıstanla görüşə köklənməliyik. Çünki qarşıdakı 3 oyun – Yunanıstanla iki, İsveçlə səfərdəki görüş bizim üçün final seriyasıdır. Xüsusilə də sabahkı matç çox vacibdi".

O, heyətdə dəyişikliyə toxunub: “Bakıya döndükdən sonra heyətdə bir dəyişiklik etmişik. İlham Alıyevin əvəzinə Seymur Məmmədovu komandaya dəvət etdik. Seymur zədəsini sağaldıb. O, daha təcrübəli futzalçıdır və müdafiədə bizə çox kömək edə bilər. Heyətimizdə müdafiəçilərin sayı azdır. İlham gəncdir, perspektivli futzalçıdır, onun da xidmətindən digər matçlarda istifadə edəcəyik”.

Borisov qarşıdakı rəqibdən də söz açıb: "Yunanıstanın oyununu analiz etmişik. Zəif və güclü tərəflərini gördük, uşaqlara necə oynamalı olduqlarını başa saldıq. Nə dərəcədə alınacaq, bunu sabahkı matçda görəcəyik”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC