AFFA İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar verdi - RƏSMİ

Misli Premyer Liqasında legioner limitinin ləğvi qərara alınıb.

Presssport.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsində qərar çıxarılıb.

Bugünkü iclasda Misli Premyer Liqasında legioner limitinin ləğvi məsələsi müzakirə olunub. Nəticədə 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alınıb.

Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi oyunçu ola bilər. Meydanda eyni anda 11 əcnəbi futbolçunun oynamasına icazə verilib.

Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:
1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək.
Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC