AFFA-nın 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunub

Bu gün AFFA-nın inzibati binasında AFFA-nın prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.

Presssport.az xəbər verir ki, icraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.
Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
Əvvəlcə AFFA-nın yeni baş katibinin təyinatı olub. İK Cahangir Fərəcullayevin bu vəzifəyə təyin olunması barədə qərar qəbul edib.
İclasda milli assosiasiyanın 2025-ci il üçün büdcəsi təsdiqlənib.
Həmçinin AFFA-nın 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC