"Qarabağ"a qol vuran hücumçu Fransa klubuna keçdi

"Lill" klubu "Ayaks"ın hücumçusu Çuba Akpomu heyətinə qatıb.

Presssport.az xəbər verir ki, məlumatı Fransa Liqa 1 təmsilçisinin rəsmi saytı yayıb. 

Altı aylıq icarəyə götürülən 29 yaşlı ingiltərəli hücumçu bu müddətin sonunda birdəfəlik “Lill”in oyunçusu ola bilər. “Transfermarkt” Akpomun dəyərini 8 milyon avro qiymətləndirir. 

"Arsenal"ın yetirməsi olan Çuba bu mövsüm "Ayaks"ın heyətində bütün rəsmi yarışlarda 8 qol vurub. Onlardan birinə azərbaycanlı azarkeşlər də canlı şahid olub. Belə ki, oktyabrda "Ayaks"ın heyətində Bakıya gələn Akpom Avropa Liqasının Liqa mərhələsi çərçivəsində baş tutan və komandasının 3:0 qalib gəldiyi matçda sonuncu qolun müəllifi olub. 

Xatırladaq ki, çempionatda 4-cü yerdə gedən "Lill" Avropa Liqasında da çıxış edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC