İcarə qaydasında Almaniya II Bundesliqa təmsilçisi "Nürnberq"də oynayan Stefanos Tsimas karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Presssport.az xəbər verir ki, bu barədə "Nürnberq"in yaydığı açıqlamada bildirib. Almanlar müqavilə ilə PAOK klubuna məxsus olan 19 yaşlı yunan hücumçunu satın alma hüquqununda istifadə edərək onu birdəfəlik heyətinə qatıb.
Bu transferdən sonra Tsimas "Brayton"a icarəyə verilib. Lakin o, mövsümün sonunadək hazırkı komandaında qalacaq, ingilis klubuna isə 2025-ci ilin iyununda qoşulacaq.
Tsimas "Nürnberq"' icarə qaydasında 2024-cü ilin iyununda keçib. O, bu mövsüm bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 10 qol vurub. Bu nəticə ilə hazırda komandasının bombardiridi.
Xatırladaq ki, "Nürnberq"də millimizin hücumçusu Mahir Emreli də çıxış edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC