Səmədov Azərbaycan millisində oynamadığına görə peşman deyil: "Məni AFFA dəvət etmişdi, amma..."

Moskvanın “Lokomotiv” və “Spartak” klublarının sabiq futbolçusu Aleksandr Səmədov Azərbaycan millisini deyil, Rusiya yığmasını seçməsi barədə növbəti dəfə açıqlama verib.

Pressssport.az əbər verir ki, 40 yaşlı keçmiş yarımmüdafiəçi "RB Sport"a müsahibəsində "Rusiya millisinin seçdiyinə görə peşman oldunuzmu" sualına cavab olaraq deyib: "Bəli, məni federasiya (AFFA - red.) dəvət etmişdi. Amma bu qərarı (Rusiya millisini seçməsini - red.) verdim. Bu, çox əvvəl olub və hətta təfərrüatları belə xatırlaya bilmirəm.

Rusiya millisini seçdiyimə peşman olmuşanmı? İki dünya çempionatında, Avropa çempionatında və Konfederasiyalar Kubokunda çıxış etmişəm. Bu barədə yalnız xəyal edə bilərsiniz! Necə peşman ola bilərəm? Rusiyada anadan olmuşam" .

Xatırladaq ki, atası milliyyətcə azərbaycanlı, anası rus olan Aleksandr 2011-18-ci illərdə Rusiya millisində 53 oyuna 7 qol vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC