Dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib.
Presssport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 22 dövlət qurumundan 50 əməkdaş (10 qadın, 40 kişi) iştirak edib.
“Şüa” İdman Kompleksində təşkil olunan yarışda qadınlar arasında Svetlana Kayumova, Nərgiz Daşdəmirova (hər ikisi SOCAR), Yeganə Əlizadə (Müdafiə Nazirliyi) fərqlənib.
Kişilər arasında Əli Bayramov (Fövqəladə Hallar Nazirliyi) bütün rəqiblərini qabaqlayaraq birinci olub. Yaşar Mövlanov (Dövlət Turizm Agentliyi) yarışı 2-ci, Rauf Nuhov (Müdafiə Nazirliyi) isə 3-cü pillədə başa vurub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC