"Braqa"nın futbolçusu Abel Ruis Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a evdə 2:4 hesabıyla uduzduqları matçı şərh edib.
Pressssport.az xəbər verir ki, 24 yaşlı ispaniyalı hücumçu təmsilçimizin layiqli qələbə qazandığını etiraf edib: "Günümüz deyildi. Bunu qəbul etməli və dərhal reaksiya verməliyik. İstədiyimiz oyun deyildi, "Qarabağ" bizi üstələdi".
Ağdamlılarla matçda əsas kapitan Rikardo Orta zədəli olduğundan sarğını daşıyan Ruis deyib ki, cavab matçında hər şeyi dəyişməlidirlər: "Qarşıda 90 dəqiqə var. Əvvəlcə diqqətimizi çempionatdakı oyuna yönəldəcəyik. Bundan sonra "Qarabağ" haqda düşünəcəyik. Revanşda çox şeyi fərqli etməliyik".
Xatırladaq ki, cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC