"Bizdə “Qarabağ” qarşısında döyüş, fədakarlıq ruhu çatışmırdı" - "Braqa"nın braziliyalısı

"Bizdə “Qarabağ” qarşısında döyüş, fədakarlıq ruhu çatışmırdı. Azarkeşlərin tənqidini başa düşürük. Çünki onlar bizdən yaxşı çıxış, fədakarlıq, mübarizə gözləyirlər". 

Presssport.az xəbər verir ki, bunu Portuqaliyanın “Braqa” klubunun futbolçusu Vitor Karvalyu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 2:4 hesablı məğlubiyyətin səbəbləri haqda deyib.

26 yaşlı braziliyalı yarımmüdafiəçi istədikləri kimi mübarizə aparmadıqlarını etiraf edib: “Fikrimcə, rəqib bizi yaxşı təhlil etmişdi. Müdafiə planında daha yaxşı olmalıyıq. Bəzi keçidlər bizi ifşa etdi. Rəqib də həmin vəziyyətlərdən necə istifadə edəcəyini bilirdi. Bu formanı ürəkdən qəbul etmişik, oan qarşılıq olaeaq daha çox şey verməliyik. Vəziyyəti də ancaq çox çalışaraq dəyişmək olar. İkinci qolu buraxanda komandada inamsızlıq yarandı. Rəqib təhlükəli əks-hücumlar etməyə başladı”.

Kavalyu Bakıdakı cavab matçına qələbə üçün yollanacaqlarını vurğulayıb: "İndi bazar günü çempionat matçında qələbə qazanmalı və cavab qarşılaşmasına daha inamlı hazırlaşmalıyıq. Həm çempionatda, həm də “Qarabağ”la cavab matçında qələbə üçün meydana çıxacağıq”.

Xatırladaq ki, cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC