Üç cüdoçumuz finalda - biri isə "bürünc" uğrunda yarışacaq

Cüdo üzrə “Bakı Böyük Dəbilqə” turniri davam edir.

Presssport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan yığmasının 3 cüdoçusu finala yüksəlib.

Belə ki, Hidayət Heydərov (73 kq), Ömər Rəcəbli və Zelim Tçkayev (hər ikisi 81 kq) bütün rəqiblərinə qalib gələrək, həlledici görüşdə iştirak hüququna yiyələniblər.

Maraqlıdı ki, Heydərov yarımfinalda komanda yoldaşı Rəşid Məmmədəliyevi məğlub edib. Məmmədəliyev isə bürünc medal uğrunda mübarizəsini davam etdirəcək.

Ömər Rəcəbli ilə Zelim Tçkayev isə finalda görüşərək qalibi müəyyənləşdirəcəklər. Onu da bildirək ki, bu gün yarışa qoşulan digər cüdoçularımlz - Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli (70 kq), Nurlan Osmanov (73 kq), İbrahim Əliyev (73 kq) və Səid Mollayi (81 kq) uğursuz çıxış ediblər.

Xatırladaq ki, ötən gün Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC