Martın 5-də Goranboy Olimpiya İdman Kompleksində “5 Mart Bədən Tərbiyəsi və İdman Günü”ylə əlaqədar tədbir keçirilib.
Presssport.az xəbər verir ki, tədbirdə bir sıra şəxslər Fəxri Fərmanla təltif olunub.
Onlar arasında “Kəpəz”in U-15 komandasının qapıçısı Qüdrət Qarayev olub. Belə ki, yeniyetmə qolkiper “5 Mart Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə əldə etdiyi idman nailiyyətlərinə görə təltif olunub.
Bu yerdə bildirək ki, Qüdrət bu ilin yanvarında “Zəfər-2024” Beynəlxalq İdman Mükafatına sahib olanlardan ("İdmanımızın gələcəyi” nominasiyasında) biri olub.
Budəfəki mükafatı Qarayevə Goranboy-Naftalan Gənclər və İdman İdarəsinin sektor müdiri Cəfər Verdiyev təqdim edib. Fəxri Fərmanı Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev imzalayıb.
Onu da bildirək ki, Yalçın Qarayev də Fəxri Fərmanla təltif olunub. Dünya və Avropa çempionu, Əməkdar məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi olan 46 yaşlı Qarayev vaxtilə karate yığmamızın baş məşqçisi olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC