Vətən müharibəsinin iştirakçısı paralimpiyanın dağ xizəyi növündə mübarizə aparacaq

Vətən müharibəsinin iştirakçısı Polad Rzayev paralimpiyanın dağ xizəyi növündə mübarizə aparacaq.

Presssport.az Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı gündəlik məşqlərini davam və öz bacarıqlarını inkişaf etdirir.

Paralimpiyaçı həmçinin “Şahdağ” Turizm Mərkəzinin və Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə böyüklər arasında keçirilmiş həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kubokunda da gücünü sınayıb.

Rzayevin yarışlara hazırlığı və beynəlxalq turnirlərdə iştirakı üçün Milli Paralimpiya Komitəsi ilə Azərbaycan Qış İdman Növləri Federasiyası arasında qarşılıqlı əməkdaşlıq qurulub.

Onu da bildirək ki, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti P.Rzayev Vətən müharibəsinin iştirakçısıdır. O, “Azərbaycan bayrağı”, “Şücaətə görə” ordenlərinə, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC