Vətən müharibəsi iştirakçısı paralimpiyaçı kimi yeni hədəflərimə nail olmağa çalışacaq: "Ən böyük hədəfim isə..."

“Dağçılıq, üzgüçülük, kikboksinq, dağ xizəyi ilə məşğul olmuşam. İdmana gəlişim Milli Paralimpiya Komitəsinin təşəbbüsü ilə gerçəkləşdi. Həvəskar şəkildə xizək sürürdüm və videolarımı paylaşırdım. Mənə təklif etdilər. Fikirləşdim ki, niyə də olmasın?”.

Presssport.az xəbər verir ki, bunu Vətən müharibəsi iştirakçısı Polad Rzayev Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətinə açıqlamasında deyib.

O, daha əvvəl idmanla həvəskar şəkildə məşğul olduğunu vurğulayıb: "Paralimpiyaçı kimi yeni hədəflərimə nail olmağa çalışacağam. İlk hədəfim çempion olmaq, Azərbaycana qış idman növlərində ilk qızıl medal gətirməkdir. Ən böyük hədəfim isə fiziki əngəlli gənclərə təkan verməkdir. Həvəskar xizəkdən peşəkara keçdim. Məşqlərimiz sistemli və intizamlı şəkildə davam edir".

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti Polad Rzayev Vətən müharibəsinin iştirakçısıdır. O, “Azərbaycan bayrağı”, “Şücaətə görə” ordenlərinə, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb. O, paralimpiyanın dağ xizəyi növündə mübarizə aparacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC