Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva Monteneqroda keçirilən 20 yaşlı şahmatçılar arasında dünya çempionatında çıxışını başa vurub.
Presssport.az xəbər verir ki, qadın şahmatçımız sonuncu – XI turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb.
Bununla xalını 8-ə çatdıran Allahverdiyeva dünya çempionatının gümüş medalına sahib çıxıb.
Onu da bildirək ki, mundialda 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC