Yeniyetmə cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamlayıb

Azərbaycanın yeniyetmə cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kubokunu 5 medalla tamamlayıb.

Presssport.az xəbər verir ki, yarışın 2-ci günündə idmançılarımız bir gümüş və bir bürünc medalla yadda qalıb.

Oğlanlar arasında 73 kq çəkidə Ayxan Həsənli gümüş medalın sahibi olub. 90 kq çəki dərəcəsində tatamiyə çıxan Səid Hüseynov isə bürünc medala yiyələnib.

İlk yarış günündə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova və Röyal Qayıbov isə bürünc medal qazanmışdı.

Beləliklə, Avropa Kubokunu 5 medalla (2 gümüş və 3 bürünc) başa vuran millimiz ümumi komanda hesabında 24 ölkə arasında 7-ci yeri tutub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC