“Bakı Böyük Dəbilqə”: cüdoçularımız 2-ci gündə 2 qızıl, 1 gümüş medal qazanıb

Cüdo üzrə “Bakı Böyük Dəbilqə” turnirinin 2-ci günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş medal qazanıblar.

Presssport.az xəbər verir ki, Hidayət Heydərov və Zelim Tçkayev 1-ci, Ömər Rəcəbli isə 2-ci yeri tutub.

73 kq çəkidə bütün rəqiblərindən güclü olan Hidayət finalda Abubakr Şeronu (Tacikistan) da üstələyərək, növbəti dəfə “Böyük Dəbilqə”nin qalibi olub.

81 kq çəkidə isə Azərbaycan finalı baş tutub. Belə ki, həlledici görüşdə komanda yoldaşı Ömərə qalib gələn Zelim fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəcəbli isə gümüş mükafata yiyələnib.

Digər cüdoçu Rəşid Məmmədəliyev (73 kq) bürünc medal uğrunda dueldə Artur Marqelidona (Kanada) uduzub.

Xatırladaq ki, ilk gündə cüdoçularınızdan Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC