Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında sərbəst güləşçilərimizdən növbəti medallar qazanılıb.
Presssport.az xəbər verir ki, İslam Bazarqanov (57 kq) və Əli Rəhimzadə (65 kq) bürünc medala yiyələniblər.
Əli Fransa güləşçisi Xamzat Arsamerzoyevə 4:0, İslam ukraynalı Kamil Kərimovə 10:8 hesabıyla qalib gəlib.
Turan Bayramov (74 kq) yarımfinalda slovakiyalı Avropa çempionu və dünya ikincisi Taymuraz Salkazanova 1:7 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.
Arseniy Djioyev (86 kq) yarımfinalda yunanıstanlı Avropa çempionu Dauren Kuruqliyevə 1:2 hesabıyla uduzub və sabah bürünc medal uğrunda güləşəcək.
Georgi Meşvildişvili (125 kq) türkiyəli olimpiya, dünya və Avropa çempionu Taha Akgülə 0:10 hesabıyla yenilib və sabah bürünc medal uğrunda güləşəcək.
Xatırladaq ki, daha əvvəl Azərbaycan millisi Avropa çempionatında ümumilikdə 9 medal qazanıb. Yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub. Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar, Elis Manolova (65 kq) bürünc mükafata yiyələnib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC