Azərbaycan cüdoçularının Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində yüksək çıxışı və yarışın ikinci günündə iki qızıl medal qazanması Prezident İlham Əliyevin idmanın bu növünə verdiyi dəstəyin ifadəsidi.
Presssport.az xəbər verir ki, bu barədə "Euronews" telekanalının reportajında deyilir.
“Prezident Əliyevin bu idman növünə böyük marağı ölkəmizin cüdo dünyasında nüfuzunun yüksəlməsinə mühüm töhfələr verib. Onun bu yaxınlarda yeni tikilmiş və ən müasir avadanlıqlarla təchiz edilmiş Milli Təlim Mərkəzinə səfəri də bunu bir daha sübut edir.
Azərbaycan yapon döyüş sənətinə dərin həvəsi olan ölkədir. Və onun rəhbərinin dəstəyi təkcə cüdoçuların indiki nəslini ruhlandırmır, eləcə də gələcək istedadlara təsir edir”, - süjetdə bildirilir.
Telekanal diqqətə çatdırıb ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən dünya reytinqi lideri Hidayət Heydərov özünün dördüncü qızıl medalı və turnirdə üçüncü ardıcıl qələbəsi uğrunda mübarizədə cəld reaksiya göstərərək Tacikistan idmançısı Əbubəkr Şerova qalib gəlib. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev ona qızıl medalı təqdim edib.
Reportajda Hidayət Heydərovun qələbədən sonra söylədiyi fikirlər də yer alıb: “Artıq dördüncü dəfədir ki, “Böyük Dəbilqə”nin qalibi oluram. Uşaqlar məni çox sevirlər və inşallah onlara Olimpiya qızıl medalını gətirəcəyəm”.
Materialda 63 kiloqram çəki dərəcəsində dünya reytinqində liderlik edən kanadalı idmançı Katrin Boşmen-Pinarın, digər idmançıların çıxışlarından da bəhs edilib.
Sonda qeyd edilib ki, Bakıda “Vəd edirəm” bullinqi əleyhinə Azərbaycan Cüdo Federasiyası tərəfindən 4 min uşaq, yeniyetmə və idmançının iştirakı ilə kampaniya keçirilir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC