“Hansı pillədə olmasına baxmayaraq, “Neftçi”nin adı var”.
Presssport.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin veteran futbolçusu Səməd Qurbanov klubun 88 yaşının tamam olması münasibətilə danışarkən deyib.
AFFA İcraiyyə Komitəsinin üzvü “Neftçi”nin həyatında ən önəmli klub olduğunu bildirib:
“Neftçi” həyatımda ən önəmli klubdur. Bu komandada ad-san qazanmışam. Ömür boyu bu kluba minnətdar olacağam. Çalışacağam ki, “Neftçi” həmişə yüksəklərdə olsun. Hansı pillədə olmasına baxmayaraq, “Neftçi”nin adı var. Vaxtında öz sözünü deyib, indi də belədir. Komandaya həmişə uğurlar arzulayıram. Bundan sonra da daim yüksəklərdə olmasını istəyirəm”.
O, paytaxt təmsilçisinin uğur qazanacağına inandığını söyləyib:
“Həyat enişli-yoxuşlu olur. Komanda artıq bir az özünə gəlib. Yəqin ki, uğurlar qazanacaq. İndiki durumda Azərbaycan Kubokunu qazanmağa çalışmalıdırlar. Bununla hər şeyi, çempionatdakı uğursuzluqları ört-basdır edə bilərlər”.
Qeyd edək ki, 1937-ci ildə yaradılan “Neftçi”nin ad günü martın 18-nə təsadüf edir. Komanda hazırda Misli Premyer Liqasının turnir cədvəlində 31 xalla 6-cı pillədə qərarlaşıb. "Ağ-qaralar" həmçinin Azərbaycan Kubokunun yarımfinalına vəsiqə qazanıb (report.az)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC