"Neftçi" PFK 88 yaşında!

Bu gün - martın 18-i "Neftçi" Peşəkar Futbol Klubunun yarandığı gündür.

Presssport.az xəbər verir ki, “ağ-qaralar”ın əsası 1937-ci ildə qoyulub.

88 yaşlı komanda "Neftyanik" adı ilə fəaliyyətə başlayıb.

Bakılılar 1966-cı ildə SSRİ çempionatının bürünc medallarını qazanıb.

SSRİ 1-ci Liqasının gümüş (1976) və bürünc (1954) medalçısı 4 dəfə (1967, 1968, 1970, 1971) SSRİ Kubokunda yarımfinal oynayıb.

1968-ci ildən "Neftçi" adı ilə çıxış edən "ağ-qaralar" müstəqillik illərində 9 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun, 2 dəfə də ölkə Super Kubokun qalibi olub. “Neftçi” həm “Birlik Kuboku”nun qalibi olan, həm də avrokuboklarında qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubudu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC