Mido "Qarabağ"ın Avropada uğurlu çıxışından xəbərdardı: "O, məni Azərbaycan futbolunda işlər görməyim barəsində dəstəklədi, köməklik edəcəyini də dedi""

“Məşhur misirli futbolçu Midoyla partnyorluq edirik. O, Afrika bazarında futbolçuların tapılmasında bizə köməklik edir”.

Bu fikirləri Presssport.az-a açıqlamasında amerikalı futbol agenti Skott Riçards deyib. 

ABŞ-ın “Superior Squad Sports Management” şirkətinin rəhbər şəxslərindən olan adıçəkilən şəxs Avropada çıxışıyla məşhurlaşan, Mido kimi tanınan kimi keçmiş misirli hücumçunun futbolumuza münasibətindən danışıb.

Belə ki, ölkəmizdə 2 dəfə səfər edən Riçardsın sözlərinə görə, 42 yaşlı veteran futbolçu “Qarabağ”ın Avropada uğurlu çıxışından xəbərdardı: “Midonun ”Qarabağ" haqda məlumatı var. Bilir ki, neçə illərdi daim qrup mərhələsinin iştirakçısıdı, pley-offa da çıxıb. Mido öyrənəndə ki, Azərbaycanda müəyyən işlər görmək istəyirəm, məndən futbolunuz, ölkəniz haqda soruşdu. Ona dedim ki, Azərbaycan hələ açılmamış bir bazardı, istəyirəm orda işlər görüm. O da məni dəstəklədi. Həm də dedi ki, bundan sonra hansı köməkliyə ehtiyac olsa, bunu edə bilərəm. Onsuz da fikrim Azərbaycanda uzun müddət işləmək, avropalı menecerləri, agentləri ölkənizə cəlb etməkdi. Həmçinin də əks marşrutla. Mido də bu yöndə mənə hər cür köməklik edəcək. Hətta bir gün ölkənizə investisiya edə də bilərik".

Xatırladaq ki, Mido Avropada Belçikada ("Gent"), Niderlandda ("Ayaks"), İspaniyada ("Selta"), Fransada ("Marsel"), İtaliyada ("Roma") və ən çox İngiltərədə ("Tottenhem", “Midlsbro”, “Uiqan”, “Vest Hem” və “Barnsli”) çıxış edib. O, millisiylə (51 oyun, 19 qol) 2006-cı ildə Afrika Millətlər Liqasının qalibi olub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC