“AFFA ilə işləyə bilsək, bizim üçün daha rahat olar. Çünki bu zaman yığma üzvləri üçün müəyyən yoxlama oyunları keçirə bilərik. Bunu reallaşdırmağa doğrudan da gücümüz var, kontaktlarımız çoxdu”.
Bu sözləri Presssport.az-a açıqlamasında amerikalı futbol agenti Skott Riçards deyib.
ABŞ-ın “Superior Squad Sports Management” şirkətinin rəhbər şəxslərindən olan adıçəkilən şəxs AFFA-ya müxtəlif yaş qruplarından ibarət yığmaların yoxlama matçlarının, turnirlərin təşkiliylə bağlı əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb: “Böyük ölkələrin aşağı yaş qruplarından ibarət yığmalarıyla yoldaşlıq görüşləri təşkil edə bilərik. Misal üçün Azərbaycanın U-17-si ilə İspaniya U-17-si arasında matç. Yaxud Belçikayla. AFFA-nın aracılığı ilə bunu eləsk, həm bizim üçün rahat olar, həm də oyunçular tanınar. Nəticədə hər 2 tərəf məmnun olar. Mümkün ölkələr arasında İtaliyanı, Almaniyanı, Niderlandı, Yunanıstanı da bura əlavə edə bilərəm. Avropada demək olar istənilən ölkəylə yaxşı əlaqələrimiz var”.
Riçardsın sözlərinə görə, əsas fokusları gənc oyunçularıdı: “Birgə turnirlər, təlim-məşq toplanışları keçirmək olar. Böyük klubla bir yerdə toplanış keçə bilərlər. Bu zaman xüsusilə gənc futbolçu özünü göstərəcəyi halda, hansısa bir klub anında görüb bəyənə bilər ki, onu alıram, götürürəm öz akademiyama, transfer edirəm. Belə bir təklif də etmək olar ki, azərbaycanlı məşqçiləri Avropa klublarının düşərgələrinə təcrübəyə göndəririk”.
Həmsöhbətimiz Qəbələ kimi yaxşı şəraitinə malik futbol məkanlarına xarici klubları toplanışa gətirmələrini də real sayır: “O da mümkündü ki, hansı komandayla danışaq, Azərbaycana gəlsin. Ok versələr, niyə də olmasın?! Sadəcə, onlarla qarşılaşmaq istəyən klublarınızın bu zaman mövqeləri də vacibdi”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC