Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Presssport.az xəbər verir ki, U-21 millimiz moldovalı həmyaşıdları ilə üz-üzə gəlib.
"Cornelia” Futbol Mərkəzində təşkil olunan qarşılaşma yığmamızın artıq ilk hissədə vurduğu qolların sayəsində 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu, Ayxan Abbasovun U-21-in baş məşqçisi kimi debüt matçı olub.
Xatırladaq ki, U-21 yığmamız bundan əvvəlki son 9 oyundan 8-də uduzub, 1-də heç-heçə edib. Gənclər yığmamız sonuncu qələbəsini 2023-cü ilin noyabrın 17-də qazanmışdı. Həmin vaxt U-21 yığmamız Mərdəkanda latviyalı həmyaşıdlarını Camal Cəfərovun 32-ci dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə məğlub edib.
Yoxlama oyunu
22 mart
21:00. Azərbaycan (U-21) - Moldova (U-21) - 2:0
Qollar: Oruc Məmmədov, 18, Sadiq Şəfiyev, 25
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC