Bu gün UEFA Millətlər Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
Presssport.az xəbər verir ki, bu mərhələ turnirin növbəti mövsümü üçün A, B, C və D Liqalarının tərkibini müəyyən edib.
Bu gün Türkiyə millisi səfərdə Macarıstan yığmasıyla üz-üzə gəlib. İstanbulda 3:1 hesabı ilə qələbə qazanan Türkiyə millisi rəqib meydanında böyükhesabla qalib gələrək tarixində ilk dəfə A Liqasına yüksəlib.
Yunanıstan, Serbiya və Belçika milliləri də qalib gələrək A Liqasına vəsiqə qazanıb. Gürcüstan, Kosovo, Sloveniya və İrlandiya yığmaları isə 2 oyunun nəticəsinə görə B Kiqasına yüksəlib.
Onu da bildirək ki, pley-offda məğlub komandalardan biri növbəti mövsüm D liqasında Azərbaycan millisinin potensial rəqibi olacaq.
UEFA Millətlər Liqası
A və B liqaları
23 mart
21:00. Macarıstan – Türkiyə - 0:3
Qollar: Çalhanoğlu, 37, Gülər, 39, Bardakcı, 90
(İlk oyun – 1:3)
21:00. Serbiya – Avstriya - 2:0
Qollar: Maksimoviç, 56. Vlahoviç, 90
(İlk oyun – 1:1)
21:00. Şotlandiya – Yunanıstan - 0:3
Qollar: Konstantelias, 20. Karetsas, 42. Tsolis, 46
(İlk oyun – 1:0)
23:45. Belçika – Ukrayna - 3:0
Qollar: De Kuyper, 70. Lukaku, 76, 86
(İlk oyun – 1:3)
B və C liqaları
18:00. Gürcüstan – Ermənistan - 6:1
Qollar: Haroyan, 4-avtoqol. Mikautadze, 14; 35. Çakvetadze, 23. Kiteişvili, 27. Kvaratsxeliya, 62 – Sevikyan, 48
(İlk oyun – 3:0)
21:00. Sloveniya – Slovakiya - 1:0
Qol: Çelin, 95
(İlk oyun – 0:0)
21:00. İslandiya – Kosovo - 1:3
Qollar: Oskarsson, 2 – Muriqi, 35; 45+3; 79
(İlk oyun – 1:2)
23:45. İrlandiya – Bolqarıstan - 2:1
Qollar: Ferquson, 63. İdah, 85 – Antov, 30
(İlk oyun – 2:1)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC