UEFA Millətlər Liqasında 1/4 finalın cavab oyunları keçirilib.
Presssport.az xəbər verir ki, bu mərhələdə yarışın A Liqasının 4 qrup qalibi və 4 qrup 2-ciləri növbəti dəfə üz-üzə gəlib.
Xorvatiya millisi səfərdə Fransa yığması ilə qarşılaşıb. Evdəki görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edən xorvatlar bu üstünlüyünü qoruya bilməyib. Matçın əsas vaxtı fransızların 2:0 üstünlüyü ilə başa çatıb. Əlavə vaxtda qol olmayıb, penaltilərdə isə Didye Deşamın komandası daha üstün olub - 5:4.
Beləliklə, Fransa yığması Ukrayna, İslandiya və Azərbaycan millisinin yarışacağı DÇ-2026-nın D qrupunun sonuncu - 4-cü komandası olub.
UEFA Millətlər Liqasında digər yarımfinalçılar isə Almaniya, Portuqaliya və İspaniya milliləri olub. Final uğrunda oyunlarda Almaniya Portuqaliya (4 iyun), Fransa isə İspaniya (5 iyun) ilə qarşılaşacaq. Yarımfinal oyunları Almaniyada keçiriləcək.
UEFA Millətlər Liqası
1/4 final mərhələsi, cavab oyunu
23 mart
23:45. Fransa – Xorvatiya - 2:0 (Penaltilər - 5:4)
Qollar: Olise, 52, Dembele, 80
İlk oyun - 0:2
23:45. Almaniya – İtaliya - 3:3
Qollar: Kimmix, 30-pen. Musiala, 36. Klayndienst, 45 – M.Kin, 49; 69. Raspadori, 90+5-pen.
İlk oyun - 2:1
23:45. Portuqaliya – Danimarka - 5:2
Qollar: Andersen, 38-avtoqol. Ronaldo, 72. Trinkao, 86; 91. Q.Ramos, 115 – Kristensen, 56. Eriksen, 76.
İlk oyun - 0:1
23:45. İspaniya – Niderland - 3:3 (Penaltilər - 5:4)
Qollar: Oyarzabal, 8-pen; 67. Yamal, 103 – Depay, 54-pen. Maatsen, 79. X.Simons, 109-pen.
İlk oyun - 2:2
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC