Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo millidə ardıcıl 22 il qol vuran yeganə oyunçu kimi futbol tarixinə düşüb.
Presssport.az xəbər verir ki, 40 yaşlı hücumçu bunu ötən günUEFA Millətlər Liqasının 1/4 finalında Danimarkayla cavab matçında həyata keçirib.
Belə ki, Ronaldo görüşün 6 və 72-ci dəqiqələrində fərqlənib.
Bununla Kriştiano karyerası ərzində vurduğu qolların sayını 929-a çatdırıb. O, millidə 136 dəfə fərqlənib.
Xatırladaq ki, əlavə vaxta qədər uzanan qarşılaşma Portuqaliya yığmasının 5:2 hesablı qələbəsi ilə yekunlaşıb və bununla da turnirin yarımfinalına vəsiqə qazanılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC