Milli komandamızın üzvləri uşaq evinə baş çəkib, bayram hədiyyələri verib

AFFA-nın təşkilatçılığı və Sosial Xidmətlər Agentliyinin əməkdaşlığı çərçivəsində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 3 saylı uşaq evində yaşayan uşaqlarla Azərbaycan milli komandasının məşqçi və futbolçuları arasında görüş təşkil olunub.

Presssport.az milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə iştirak edən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, 3 saylı uşaq evinin rəhbəri Günay Manafova, Sosial Xidmətlər Agentliyinin şöbə müdiri Sevinc Əmirova uşaqları salamlayıb.

Bu görüşdə məqsəd uşaqların sosial inkişafına dəstək vermək və onlara motivasiya aşılayaraq, idmanın əhəmiyyətini vurğulamaq olub. Məşqçilər və futbolçular uşaqlarla birlikdə vaxt keçirərək, onlara futbol barəsində məlumat verib, idmanın faydaları haqqında söhbət aparıb. Onlar uşaqlara həmçinin idmanla məşğul olmağı və sağlam həyat tərzini mənimsəməyi tövsiyə edib.

Tədbirin sonunda AFFA tərəfindən uşaq evində yaşayan uşaqlara bayram hədiyyələri verilib, uşaq evinin rəhbərliyi adından isə xatirə hədiyyəsi Hacıyevə təqdim olunub. 

Sonda xatirə şəkli çəkdirilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC