İngiltərə və Polşa millilərindən ardıcıl 2-ci qələbələr

DÇ-2026-ın Avropa zonası üzrə seçmə mərhələsində 2-ci turun oyunlarına start verilib.

Presssport.az xəbər verir ki, G, H və K qruplarında ümumilikdə 6 matç oynanılıb. 

G qrupunda ardıcıl 2-ci qələbəsini qazanan Polşa yığması vahid liderdi. 

K qrupunun favoriti İngiltərə millisi bu dəfə Latviya yığmasını böyük hesabla üstələyib. İngilislər də 6 xalla qrupda 1-cidi. 

H qrupunda isə 2 turdan sonra lider Bosniya və Hersoqovinadı. Ötən tur səfərdə Rumıniyanı üstələyən bosniyalılar bu dəfə Kiprə qalib gəlib. 

24 mart

G qrupu

Litva - Finlandiya - 2:2
Qollar: Kaan Kairinen, 4 (0:1), Joel Pohjanpalo, 17-pen., (0:2), Armandas Kuçis, 39 (1:2), Gvidas Gineitis, 69 (2:2)

Polşa - Malta - 2:0
Qollar: Karol Sviderski, 27; 51
Qırmızı vərəqə: İlyas Şuaref, 90+1 (Malta)

Xal durumu: Polşa - 6 xal (2 oyun), Finlandiya - 4 xal (2 oyun), Litva - 1 xal (2 oyun), Niderland - 0 xal (0 oyun), Malta - 0 xal (2 oyun)

H qrupu

Bosniya və Hersoqovina - Kipr - 2:1
Qollar: Ermedin Demiroviç, 22 (1:0), İoannis Pittas, 45+2 (1:1), Haris Hayradinoviç, 57 (2:1)
Qırmızı vərəqə: İoannis Pittas, 90+5 (Kipr)

San Marino - Rumıniya - 1:5
Qollar: Mikele Çevoli, 6-avtoqol (0:1), Mikay Popesku, 44 (0:2), Razvan Marin, 55-pen., (0:3), Samuele Zannoni, 67 (1:3), İanis Haci, 75 (1:4), Denis Alibek, 90+5 (1:5)

Xal durumu: Bosniya və Hersoqovina - 6 xal (2 oyun), Rumıniya - 3 xal (2 oyun), Kipr 3 xal (2 oyun), Avstriya - 0 xal (0 oyun), San Marino - 0 xal (2 oyun)

K qrupu

Albaniya - Malta - 3:0
Qollar: Rey Manaj, 9; 19, Myrto Uzuni, 90+2

İngiltərə - Latviya - 3:0
Qollar: Ris Ceyms, 38, Harri Keyn, 68, Ebereçi Eze, 76

Xal durumu: İngiltərə - 6 xal (2 oyun), Albaniya - 3 xal (2 oyun), Latviya 3 xal (2 oyun), Serbiya - 0 xal (0 oyun), Andorra - 0 xal (2 oyun)

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC