Hidayət Heydərovla Zelim Kotsoyev dünya reytinq cədvəlinə başçılıq edir

Cüdo üzrə Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dünya reytinq cədvəlinə başçılıq edir.

Presssport.az xəbər verir ki, onlar Beynəlxalq Cüdo Federasiyasının (IJF) açıqladığı cədvəldə lider mövqeyində qərarlaşıb.

Hesabında 7254 xal olan Hidayət ən yaxın izləyicisi yaponiyalı Tatsuki İşiharanı (4800 xal) böyük fərqlə qabaqlayır.

Zelim isə 6112 xalla 1-ci pillədə yer alıb. O, Matvey Kanikovskiy və İlya Sulamanidzeni geridə qoyub.

Digər cüdoçularımızdan Turan Bayramov (60 kq) 2 pillə irəliləyərik 12-ci, Ruslan Paşayev (66 kq) isə 1 pillə yüksələrək 19-cu pillədə yer alıb. Uşanqi Kokauri (+100) 1 pillə geriləsə də (16-cı yer), Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) mövqeyində dəyişiklik olmayıb. Onlar müvafiq olaraq 8-ci və 10-cu pillələrdə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC