“Bu gün Tovuz rayonunda futbol adına gələcəyimizin qapısını açırıq. Burdakı uşaqların hamısı gələcəyimizdi”.
Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri AFFA-nın yeni baş katibi Cahangir Fərəcullayev Tovuz şəhər stadionunda yeni inşa olunmuş əsas korpus binasının açılış mərasimində çıxışı zamanı deyib.
O, Azərbaycan futbolunun inkişafı üçün gördüyü işlərə görə “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevə təşəkkür edib: “Əminəm ki, burda milli komandamız üçün yeni nəsil yetişir. Tovuz futbol anlamında başqa regionlar üçün də bir nümunədi. Hamını təbrik edirəm. Doğrudan da çox vacib tədbirdir. Necə deyərlər, davamı gəlsin. Bilirsiniz ki, AFFA-nın yeni Strategiya planında bu cür tədbirlər bundan sonra da olacaq. İlki Tovuzda baş verir”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC